Ağsuda faciəli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Gədəli kəndində qeydə alınıb.
Kənd sakini, 2020-ci il təvəlüdlü Orxan Əlizadə mal-qaranın su içməsi üçün nəzərdə tutulan gölməçədə batıb.
Uşağın meyiti gölməçədən çıxarılaraq ailəsinə təhvil verilib.