Lent.az Ağstafada qəzada həlak olan polis əməkdaşının fotosunu təqdim edir:
***
saat 02:30
Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.
Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi Hyunday markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib. Qeyd edim ki, A. Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.
Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir
***
Saat 02:15
Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Ölən şəxs Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı polis leytnantı Aqil Alıyevdir.
Qeyd edək ki, sürücünün polis əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.