Ağdaşda yol qəzası: xəsarət alanlar var
28 avqust 2021 10:16 (UTC +04:00)

Ağdaşda yol qəzası: xəsarət alanlar var

Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Birinci Aral kəndi ərazisində Şəmsabad kənd sakini Aydın Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Yuxarı Ləki kənd sakini Həsrət Məmmədovun idarə etdiyi “VAZ-2101” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21099”da olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1152
avatar

Oxşar yazılar