Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı
10 iyun 2023 13:39 (UTC +04:00)

Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı

Ağdaşda su kanalında batan şəxsin meyiti çıxarılıb.

Lent.az-ın məlumatına görə, suda batan 17 yaşlı Kərimli Samir Mirzəmməd oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a təsdiqləyiblər.

Qeyd edək ki, iyunun 9-u saat 16 radələrində rayonun S. Kərimli Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3859

Oxşar yazılar