Ağdaşda 1.5 tondan artıq çətənə kolu məhv edilib.
Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mürsəl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 640 kiloqram olan 3948 ədəd çətənə kolu yandırılaraq məhv edilib.