Ağdaşda ƏMƏLİYYAT:  18 nəfər saxlanıldı
16 avqust 2023 09:17 (UTC +04:00)

Ağdaşda ƏMƏLİYYAT: 18 nəfər saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq etməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Yuxarı Qəsil və Kükəl kəndləri ərazisindəki otlaq sahəsindən xırdabuynuzlu heyvanların oğurlanması barədə bir neçə zərərçəkmiş tərəfindən polisə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Rəhilə Qurbanova, onunla qeyri-rəsmi münasibətdə yaşayan Ayaz Vəliyev və qadının yetkinlik yaşına çatmayan qohumu saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin ayrı-ayrı tarixlərdə oğurladıqları heyvanları A.Vəliyevə məxsus avtomobillə Kürdəmir rayonuna apararaq orada satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən olunub.

Şöbənin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri- Rafiq Hacıyev, Elsevər Zakirov, Qurban Şəkərəliyev, Elşad Qədirov və Elnur İbişov saxlanılıb. Onların xüsusi qulluq göstərməklə yetişdirdikləri, ümumi çəkisi 25 kiloqrama yaxın çətənə kolları, eləcə də Rafiq Hacıyev və Elsevər Zakirovdan əlavə qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Rayon ərazisində narkotik vasitələrin satışı, eləcə də qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə daha 10 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 2 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 2448
avatar

Oxşar yazılar

Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

17 aprel 2024 , 20:00
Həddindən artıq  su içib   öldü

Həddindən artıq su içib öldü

17 aprel 2024 , 19:07
Ana və oğlu  göldə boğuldular

Ana və oğlu göldə boğuldular

17 aprel 2024 , 18:45
Vətən müharibəsi iştirakçısı özünü asdı

Vətən müharibəsi iştirakçısı özünü asdı

17 aprel 2024 , 17:06
İtkin düşən uşağın meyiti tapıldı

İtkin düşən uşağın meyiti tapıldı

17 aprel 2024 , 15:49
Azərbaycanda RƏZALƏT:  əxlaqsız təklifə görə qollarını doğrayıb  Bakıya qaçdı

Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı

17 aprel 2024 , 15:27
Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU

Jurnalist Cəmil Məmmədliyə HÖKM OXUNDU

17 aprel 2024 , 14:52
Telefon yanıb sahibini öldürdü

Telefon yanıb sahibini öldürdü

17 aprel 2024 , 14:43