Ağdaşda avtomobil 5 yaşlı oğlanı vurub öldürdü
10 aprel 2024 10:37 (UTC +04:00)

Ağdaşda avtomobil 5 yaşlı oğlanı vurub öldürdü

Ağdaşda avtomobil azyaşlını vurub.

Lent.az xəbər verir ki, hadisə aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində baş verib. Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 5 yaşlı Ə.Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən bugün səhər saatlarında xəstəxanada vəfat edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

# 1701
avatar

Oxşar yazılar