Ağdamda mina PARTLADI:  2 nəfər öldü - YENİLƏNİB
16 mart 2023 14:47 (UTC +04:00)

Ağdamda mina PARTLADI: 2 nəfər öldü - YENİLƏNİB

0

Baş Prokurorluq Ağdamda baş verən mina partlaşı ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Lent.az-a verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

saat 12:58

Ağdamda mina partlayışı olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yusifcanlı kənd ərazisində kənd sakinləri 24 yaşlı İsrail Həsənov İbrahim oğlu və 36 yaşlı Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər. Onların hər ikisi dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4429

Oxşar yazılar