Ağdamda mikroavtobus yandı
01 mart 2022 21:12 (UTC +04:00)

Ağdamda mikroavtobus yandı

0

Nəqliyyat vasitəsi yararsız hala düşüb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü  Quliyev Cabbar Rafiq oğluna məxsus 01 BC 539 qeydiyyat nişanlı mikroavtobusda yanğın baş verib. Yerli yanğından mühafizə bölmələri yanğının qarşısını alsa da, avtobusun salonu tamamı ilə yararsız hala düşüb. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2135

Oxşar yazılar