Ağcabədidə mağaza, Masallıda ev əşyalarla birgə yandı
29 aprel 2021 09:33 (UTC +04:00)

Ağcabədidə mağaza, Masallıda ev əşyalarla birgə yandı

Ağcabədidə mağazada yanğın olub.

Lent.az FHN-ə istinadla bildirir ki, Ağcabədi rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın içərisində ərzaq malları 5 m² sahədə yanıb. Mağaza yanğından mühafizə olunub.

Masallı rayonunun Təzə Alvadı kəndində isə ümumi sahəsi 216 m² olan ikimərtəbəli evin taxta konstruksiyadan ibarət dam örtüyü 70 m² sahədə, ikinci mərtəbəsinin yanar konstruksiyaları 50 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227
avatar

Mehman Nəbiyev

Oxşar yazılar