Ağcabədidə ƏMƏLİYYAT:  İran vətəndaşı saxlanıldı - VİDEO
30 mart 2026 12:08 (UTC +04:00)

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı - VİDEO

0

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirib.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, əməliyyat zamanı İran vətəndaşı Mohammad Mosazadeh və Rəşad Əlifov Ağcabədi rayonu Aşağı Avşar kəndi ərazisində saxlanılıblar. Onlardan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırma zamanı M.Mosazadehin narkotikləri idarə etdiyi yük maşınıın gizli saxlanc yerində qanunsuz olaraq ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar