Ağcabədidə AĞIR QƏZA:  1 ölü, 3 yaralı var
25 sentyabr 2024 10:01 (UTC +04:00)

Ağcabədidə AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Poladlı kəndində baş verib. Şükürzadə Mahir İldırım oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə manevr qaydalarını pozması nəticəsində qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və  "Tofaş"da olan 2 sərnişin xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Mahir Şükürzadə yerləşdiyi Bərdə rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Mehman Nəbiyev

Oxşar yazılar