Adnan Əhmədzadənin əmlaklarına həbs,  yaxınlarına STOP   qoyuldu
23 sentyabr 2025 15:45 (UTC +04:00)

Adnan Əhmədzadənin əmlaklarına həbs, yaxınlarına STOP qoyuldu

0

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

Lent.az gununsesi.info-ya istinadla xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Seabreeze” də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.

Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Adnan Əhmədzadəyə yaxınlığı ilə tanınan daha bir neçə nəfərin də ölkədən çıxışına qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 913

Oxşar yazılar