Ad günündə bıçaqlanan kişini taksi sürücüsü xilas etdi
30 dekabr 2022 07:44 (UTC +04:00)

Ad günündə bıçaqlanan kişini taksi sürücüsü xilas etdi

0

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.

1993-cü il təvəllüdlü Məmişov Coşqun Arzu oğlu restoranda qardaşı oğlunun ad günü mərasimində bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib. C.Məmişov əvvəlcə döyülüb, sonra qarnından və boğaz nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı yoldan keçən taksi sürücüsünün köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1735

Oxşar yazılar