2 yaşlı qızlarının ölümündən sonra vegan valideynlər onu ölümdən diriltmək istəyiblər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onlar bunun üçün uşağın meyitini yandırıb külünü qəbrinin üstünə səpiblər.
Məlumata görə, valideynlər baş verən hər şeyi telefonlarında lentə alıb və ac qalan qızlarına bir neçə sətir həsr ediblər.
Mərhum qızın anası müxtəlif təlimlər keçirir, həmçinin hava, su və bitki qidalarının enerjisi ilə qidalanır. Ata Denis isə evdə yağ hazırlayır.
Hər iki valideyn heyvan mənşəli qidalardan imtina edib. Nəticədə üç azyaşlı qızlarının lazımi qidalanmaları çətinləşib.
***
Saat: 13:51
Krasnoyarskda iki yaşlı qız çiy yemək yeyən valideynlərinə görə ölüb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, 35 yaşlı Denis və 36 yaşlı Svetlana bir neçə il əvvəl ət, eləcə də balıqdan imtina edərək kiçik qızlarını da eyni şəkildə yedizdiriblər. Nəticədə azyaşlı qızda xroniki yemək pozğunluğu və anemiya inkişaf edib.
Bundan əlavə, valideynlər həkimlərin uşağa yaxınlaşmasına qəti şəkildə icazə verməyərək, alternativ təbabətə üstünlük veriblər. Qız ağır xəstələnəndə nə xəstəxanaya aparıblar, nə də təcili yardım çağırıblar və 2 gün sonra körpə ölüb.
Qəyyumluq orqanları ailənni soyuducusunda yalnız zəncəfil, göbələk, pomidor, turşu, soğan, sarımsaq, şaftalı və balqabaq tapıblar.
Svetlana və Denisə qarşı iki maddə ilə cinayət işi açılıb: “Valideyn öhdəliklərini qəddar rəftarla yerinə yetirməmək” və “təhlükə altında buraxmaq”. Ailənin həmçinin 4 və 7 yaşlı iki qızı da var.