Abşeronda qəza nəticəsində 2 nəfər xəsarət aldı
07 yanvar 2022 04:20 (UTC +04:00)

Abşeronda qəza nəticəsində 2 nəfər xəsarət aldı

0

Masazır qəsəbəsində yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Masazır dairəsində qeydə alınıb.

“Kia” markalı avtomobilin sürücüsü  dairədə hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə “Hyundai” qəza zamanı divara çırpılıb. Qəza zamanı iki nəfər xəsarət alıb. “Hyundai” markalı avtomobilin xəsarət alan sürücüsü salonda sıxışıb qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sıxışıb qalan sürücü çıxarılaraq təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1665

Oxşar yazılar