Abşeronda qadın qazdan zəhərlənib.
Lent.az-ın məlumatına görə, hadisə Hökməli qəsəbəsində baş verib. Burada 49 yaşlı Rəhimova Məlahət Babacan qızı qonşuları tərəfindən yanvarın 29-da dəm qazındanzəhərlənmiş halda aşkar ediblər.
O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ancaq bütün səylərə baxmayaraq, fevralın 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.