Abşeronda dövlət əmlakı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 6-dan 16-dək olan müddətdə Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksində “Azərnəqliyyat yol tikinti” ASC-nin Mexanikiləşdirmə İdarəsinə məxsus kranı oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Muradov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.