Abşeronda baltalanan üçüncü şəxs də öldü
09 iyul 2023 13:21 (UTC +04:00)

Abşeronda baltalanan üçüncü şəxs də öldü

Abşeronda baltalanan üçüncü şəxs də ölüb.

Lent. az məlumat verir ki, bu gün xəsarət alan şəxslərdən daha biri - 42 yaşlı Kərimova Xəyalə Hicran qızı müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, iyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zümrüd Haşımova aldığı xəsarətlərdən iyulun 3-də saat 16.00 radələrində, iyulun 4-də isə Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüblər. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.

Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3054
avatar

Xədicə Novruzova

Oxşar yazılar