Abşeronda 6 evdən oğurluq edənlər saxlanıldı
18 fevral 2025 16:28 (UTC +04:00)

Abşeronda 6 evdən oğurluq edənlər saxlanıldı

Abşeronda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayonu ərazisində yerləşən 6 evdən oğurluq edilməsi və ümumilikdə 1450 manat pul, 8000 manat dəyərində təmir alətləri, qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 26 yaşlı S.Hadılı və əvvəllər məhkum olunmuş 28 yaşlı M.Sadıqlı müəyyən olunaraq saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar