Şabranda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 11 yaşlı Əli Məlikli yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb.
Azyaşlı Şabran Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.