Yalandan yasa gedən daha 120 nəfər cəzalandı - FOTO
17 aprel 2020 17:40 (UTC +04:00)

Yalandan yasa gedən daha 120 nəfər cəzalandı - FOTO

0

Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 120 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 16-17-də paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 120 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1601

Oxşar yazılar