Xəzərdə batan əcnəbi vətəndaş xilas edildi
21 may 2020 17:36 (UTC +04:00)

Xəzərdə batan əcnəbi vətəndaş xilas edildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda, dənizdə (xilasetmə məntəqəsinin ərazisində), 1 nəfərin sörf edərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən Rusiya Federasiyasının vətəndaşı sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2110
avatar

Oxşar yazılar