Hədə-qorxu yolu ilə pul tələb edən ata-oğul həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.
Onun atası A.Eyvazovla birgə cari il yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 000 manat almaları da müəyyən edilib.
A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.