Təhsil Şöbəsi məktəbdəki bıçaqlanmaya münasibət bildirdi - YENİLƏNİB
06 fevral 2020 14:14 (UTC +04:00)

Təhsil Şöbəsi məktəbdəki bıçaqlanmaya münasibət bildirdi - YENİLƏNİB

 

Qazax Rayon Təhsil Şöbəsi Qazax şəhəri 1 nömrəli tam orta məktəbdə baş verən bıçaqlanmaya münasibət bildirib.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib. Nihat Əliyev dərhal Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

12:36

 


Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237
avatar

Oxşar yazılar