Sürücünü başından vurub taksini qaçırdı
27 may 2020 12:54 (UTC +04:00)

Sürücünü başından vurub taksini qaçırdı

Şəmkirdə müştəri taksi sürücüsünə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P. Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S. Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2746
avatar

Oxşar yazılar