Gəncədə polis apteklərdə reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə , Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması eləcədə maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.
Polis əməkdaşları apteklərdə qiymətlələ maraqlanıb eləcədə əczaçılarla profilaktiki söhbətlər aparıblar. Obyekt rəhbələrinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.
Bundan başqa Rayon Polis İdarəsinin əməkdaşları park və istirahət guşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıb.