Bu ilin 3 ayında Azərbaycanda baş verən partlayışlarda 18 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rüblük statitistik məlumatlarında qeyd edilib.
Bildirilib ki, cari ilin I rübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib. Bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 43% azdır.
Partlayışlar zamanı 18 nəfər xəsarət alıb.