Sobanın üstündəki qazan partladı, 2 nəfər xəsarət aldı - MİNGƏÇEVİRDƏ
22 may 2020 22:36 (UTC +04:00)

Sobanın üstündəki qazan partladı, 2 nəfər xəsarət aldı - MİNGƏÇEVİRDƏ

 

Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıb.

APA-nın Mingəçevir bürosu xəbər verir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.

Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlər arvadın üzərinə dağılıb. Müxtəlif yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimovA Fərqinə Akif qızı xəstəxanaya çatdırılıb. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5842
avatar

Oxşar yazılar