Gəncədə sirkə turşusundan zəhərlənən 1948-ci il təvəllüdlü Abdullayev Elburus Bəşir oğlu bu saatlarda xəstəxanada dünyasını dəyişib.
APA-nın yerli bürosu xəbər verir ki, ölən şəxsin hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
****
25 aprel saat 17:18
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1948-ci il təvəllüdlü Abdulayev Elbrus Bəşir oğlu sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal yaşlı kişiyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.