Aprel ayının 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus “Twister” və “Jonway” markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.
DİN mətbuat Xxdmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Twister” markalı mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Qorxmaz Eyvazov, Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Hər iki faktla bağlı Səbail rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.