Saatlı sakinindən külli miqdarda narkotik maddə götürülüb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent..az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.