Rayonda narkotik əkib-becərən saxlanıldı
12 avqust 2020 12:39 (UTC +04:00)

Rayonda narkotik əkib-becərən saxlanıldı

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayonun Kürqaraqaşlı  kəndi sakini  Bünyad  Zayıdov   yaşadığı  evin  həyətyanı  sahəsində  kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşlarının ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxışı zamanı Bünyad  Zayıdovun əkdiyi 46 ədəd  narkotik  xassəli  bitki  sayılan  çətənə  kolu  aşkar  edilərək   götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1790

Oxşar yazılar