Rayonda evdən külli miqdarda oğurluq edildi
27 aprel 2020 12:17 (UTC +04:00)

Rayonda evdən külli miqdarda oğurluq edildi

0

Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Tatlı kənd sakini A.Hüseynov saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının Nizami rayonunda isə maşından edilən oğurluğun üstü açılıb.

Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisində “Ford” markalı avtomobildən içərisində 300 manat pul və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səfərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1153

Oxşar yazılar