Qəzada ölən piyadanın yaxınları axtarılır
07 fevral 2020 17:46 (UTC +04:00)

Qəzada ölən piyadanın yaxınları axtarılır

Hacıqabulda yol qəzasında ölən piyadanın meyiti tanınmaz halda olduğundan onun kimliyini müəyyən etmək mümkün olmayıb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın 21-də saat 21 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında “Ford” markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib. Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti Şirvan şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.

Hadisədən 17 gün keçməsinə baxmayaraq vurulan şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.

Əldə edilən məlumata görə, meyit tanınmaz halda olsa da, bəzi əlamətlərinə əsasən onu yaxınları və ya tanışları tanıya bilər. Ölən şəxsin sol bilək nahiyəsində “ürəyə sancılan ox” təsviri və “M” hərfi yazılmış tatu var. Saçları xına rəngində, bəzi dişlərinin sarı metaldan olduğu bildirilir.

Bu əlamətlərə görə itkin düşən şəxs barədə məlumatı olanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28