Bakıda baş verən quldurluq hadisəsinin üstü açılıb.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşları hadisə ilə bağlə birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə aprelin 21-də E.İbadovanı tapançaya oxşar əşya ilə hədələyib 700 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Paşayev saxlanılıb və ondan alışqan-tapança götürülüb.