Martın 1-də paytaxt sakini İ.Xankişiyev bıçaqla hədələnərək, 35 manatı quldurluq yolu ilə əlindən alınıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirzəyev saxlanılıb.