Oktyabrın 1-də Astara rayonu, Çayoba kəndində yaşayan 56 yaşlı Rəhimə Aslanovanın üzərində zorakılıq əlamətləri olan meyiti evinin həyətində aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Astara rayon Polis Şöbəsi və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Baş Cinayət Axtarışı İdarəsi və Astara rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Çayoba kənd sakini R.Heydərov saxlanılaraq istintaqa təhvil verilib.