Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ iclası keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Dağlıq Qarabağ münaqişəsi, Avropadakı faciəvi hadisələr müzakirə olunub.
Bundan başqa, Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında ölkə daxili məsələlər barəsində də fikir mübadiləsi aparılıb.