Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 3-də saat 12 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Samanlıq kənd sakini Sadıq Musayev idarə etdiyi “VAZ-21213” markalı avtomobillə yolu keçən Şəmkir rayon sakini Bayram Əliyevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.