Pensiya kartlarından pul oğurlandı
20 may 2020 11:00 (UTC +04:00)

Pensiya kartlarından pul oğurlandı

Göyçayda 2 nəfərin təqaüd kartlarından ümumilikdə 366 manat pul internet vasitəsilə çıxarılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1969
avatar

Mehman Nəbiyev

Oxşar yazılar