Oktyabrın 14-də saat 12 radələrində Milli Parkda bir nəfər özünü dənizə atıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, həmin şəxs dərhal ərazidə xidmət aparan Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. Bakı şəhər sakini olan V.Qarayevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.