Özünə xəsarət yetirən gənc xəstəxanaya yerləşdirildi
21 may 2020 23:22 (UTC +04:00)

Özünə xəsarət yetirən gənc xəstəxanaya yerləşdirildi

Gəncənin Köhnə Ət kombinatı adlanan ərazisində şəhər sakini özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Hüseynov Röyal Dilqəm oğlu bədənin çoxsaylı kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. 

Müayinə zamanı onun qolları, boyunu, qarın nahiyəsi və bədənin bir sıra yerlərinin kəsilməsi aşkar olunub. R.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1963
avatar

Oxşar yazılar