Ölümlə hədələnən qadın və körpəsi sığınacağa yerləşdirildi
27 mart 2020 13:36 (UTC +04:00)

Ölümlə hədələnən qadın və körpəsi sığınacağa yerləşdirildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikamızın bölgələrindən birində baş vermiş məişət zorakılığı halı ilə əlaqədar çoxsaylı zəng və müraciətləri nəzərə alaraq məsələ ilə bağlı bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

Komitədən APA-ya bildirilib ki, bu günlərdə müvafiq rayonda Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən (rayonun və zərərçəkənin adı konfidensiallığın qorunması məqsədilə qeyd olunmur) Uşaq və Ailələrə Dəstək Mərkəzinə üç günlük körpəsi ilə birgə həyat yoldaşı və onun ailəsi tərəfindən evə buraxılmayan bir qadın müraciət edib. Üzərində şəxsiyyətini təsdiq edən sənədi olmayan qadın sənədinin götürülməsi üçün evə dönəcəyi halda ölümlə hədələndiyini, getməyə heç bir yeri olmadığını və valideynlərinin də onu qəbul etmədiyini bildirib.

Uşaq və Ailələrə Dəstək Mərkəzi rayon icra hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu” ilə birgə təcili toplanaraq məsələnin həlli istiqamətində müzakirə aparıb. Qadının yaxın ailə üzvləri ilə aparılan söhbətlərə baxmayaraq, onun öz valideynlərinin evinə yerləşdirilməsi belə mümkün olmayıb.

"Məişət  zorakılığının  xüsusiyyətini və bu zəmində indiyədək  baş vermiş qətl hadisələrini əsas götürərək, analoji hallar  baş verdiyi təqdirdə zərərçəkənin yaşadığı və hədələndiyi ailəyə hətta polisin göstərişi olduğu halda  yenidən qaytarılmasının böyük risk olduğu baş vermiş bu hadisə zamanı da nəzərə alınıb. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı tövsiyə və göstərişinə müvafiq olaraq, körpəsi ilə axşam saatlarında küçədə qalmaq məcburiyyətində olan  qadın Uşaq və Ailələrə Dəstək Mərkəzində polisin iştirakı ilə müvəqqəti yerləşdirilib. Ana və uşaq lazımi qida və yataq yeri ilə təmin edilib, hadisə ilə bağlı mövcud qaydalara uyğun qiymətləndirmə aparılıb, fərdi hal qovluğu açılaraq iş protokollaşdırılıb.

Növbəti gün ana və körpəsi Bakı şəhərində yerləşən “Təmiz Dünya” sığınacağına yerləşdirilib. Hazırda qadın və uşağın vəziyyəti normaldır və sığınacağın sosial işçiləri tərəfindən operativ dəstək proqramına cəlb edilib. Məsələ ilə bağlı Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq sığınacaq, yerli icra hakimiyyətinin monitorinq qrupu  və Daxili İşlər Nazirliyi birgə fəaliyyətlərini davam etdirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  bir daha cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə mübarizə apardığımız, dövlətimizin ailələrin qayğısına qaldığı çətin bir dövrdə bəzi ailələr daxilində  baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir. Cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə  bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və  yaşlılara qarşı daha həssas davranmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26