Balakən rayon Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxsi müəyyən edib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.
İcarədar barəsində Balakən rayon Polis Şöbəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.