Nazirlikdən yeni layihə: “Evim – yeni iş yerim”
14 aprel 2020 15:55 (UTC +04:00)

Nazirlikdən yeni layihə: “Evim – yeni iş yerim”


Xüsusi karantin dövründə Mədəniyyət Nazirliyi “Evim – yeni iş yerim” layihəsinə start verib.

Lent.az-ın məlumatına görə, layihənin məqsədi insanların ev şəraitində öz işlərini qurmasına, məsafədən idarəçiliyin metodları barədə təbliğat, maarifləndirmə işləri aparmaqla mövcud şəraitdə hər kəsi pozitiv əhval ruhiyyəyə səsləmək, ümid və optimizə dəstək olmaqdır.

Layihə çərçivəsində ilkin olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan idarə və təşkilatların iş prinsipi, əldə etdikləri nailiyyətlər video rolik formasında nazirliyin rəsmi “Facebook” səhifəsində #evimyeniişyerim həştəqi ilə nümayiş etdiriləcək. 

Eyni zamanda təşəbbüslə bağlı ictimaiyyətin nümayəndələrini, müxtəlif təşkilat və şəxsləri işlərini karantin rejimində necə qurmaları ilə bağlı videolarını hazırlamağa və sosial şəbəkələrdə #evimyeniişyerim həştəqi ilə paylaşmağa dəvət edilir.

Öz fəaliyyətlərini ən innovativ yeniliklərlə quran, habelə paylaşılan videosu ən çox baxış sayı alan şəxslər, təşkilatlar 25-30 may tarixlərində aparılacaq onlayn monitorinqlərdən sonra mükafatlandırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00