Salyan sakininin üzərində narkotik maddələr aşkar edilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Elvin Əliyev saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 52.263 qram heroin və 48.495 qram tiryək aşkar edilərək götürülüb. Dindirilmə zamanı E.Əliyev narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini etiraf edib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.