“İlk dəfədir Azərbaycanda beynəlxalq müşahidəçi kimi seçkiləri izləyirəm. Mən Buxara Yəhudiləri Konqresini təmsil edirəm. Biz Bakıda məntəqələrdə olub, seçkiyə hazırlıq prosesi ilə maraqlanmışıq. Qeyd edim ki, olduğumuz məntəqələr seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün tam hazır vəziyyətdə idi. Bu gün isə xüsusi olaraq Qubaya gəldik ki, tək paytaxtda yox həm də bölgələrdə seçkinin təşkili ilə yerində tanış olaq”.
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Qubada seçki prosesini izləyən beynəlxalq müşahidəçi, Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatoru Rafael Nektal bildirib. O, Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşdığını qeyd edib: “Mənim çox xoşuma gəldi ki, belə soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər. Seçkiyə gələn sadə vətəndaşlarla söhbətləşdim. Burada insanlar öz vətəndaşlıq məsuliyyətini anlayırlar. Bilirlər ki, ölkənin gələcəyi onların səsverməsindən asılıdır. Söhbət etdiyim vətəndaşlar ölkə başçısı İlham Əliyevə və onun yürütdüyü siyasətə çox inamla yanaşırlar. Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb”.