Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi
26 may 2020 12:10 (UTC +04:00)

Mənşəyi məlum olmayan 70 kilo ət aşkar edildi

Bərdədə istifadəyə yararsız ət aşkar edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, may ayının 26-da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarət etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504
avatar

Mehman Nəbiyev

Oxşar yazılar