Minik maşını idarə etmədən çıxaraq aşdı: yaralılar var
26 may 2020 05:22 (UTC +04:00)

Minik maşını idarə etmədən çıxaraq aşdı: yaralılar var

 

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun  rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətə olan  “Chevrolet Cruze”  markalı minik maşını hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə metr yoldan kənara aşıb. Qəza zamanı sürücü və onun həyat yoldaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə  DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2041
avatar

Oxşar yazılar